Akademik Ağamusa Axundov dünyasını dəyişdi

media-hightechnic-468x90

108693_res_01Görkəmli dilçi və türkoloq alim – akademik Ağamusa Axundov sentyabrın 5-də vəfat edib.Bu barədə “Azadlıq” radiosuna mərhumun yaxınları məlumat veriblər.Ağamusa Axundov dil və ədəbiyyata dair fundamental araşdırmaların müəllifi idi.O, son illər AMEA-nın Rəyasət Heyətinin müşaviri kimi çalışırdı.

media-banner_tuq

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində doğulub.

Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950-1955-ci illər) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb (1959-1965).

Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961-ci illər), dosenti (1961-1967), universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990), Ümumi dilçilik kafedrasının müdiri (1981-1999) olub.

AMEA-nın həqiqi üzvü (2007), Dövlət mükafatı laureatı (1986), Əməkdar elm xadimi (1990) idi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05