Eyni vaxtda 4 qızla sevgili olan gənc amansızca döyülüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 4 sevgilisinə bir-biriləri ilə xəyanət edən oğlanın hərəkəti qanla nəticələnib. Fransanın Lyon şəhərində yaşayan gənc oğlanın yalanı uzun müddət davam etməyib. Belə ki, sevgili olduğu qızlar internetdən bir-birilərini taparaq oğlandan intiqam almağı planlaşdırıblar.
Sevgililərinin evi qarşısında görüşən qızlar 27 yaşlı oğlanı amansızca döyərək başında güldan qırıblar. Ürəyi soyumayan qızlar onun paltarlarını və mobil telefonunu da götürüblər. Qızlar barəsində cinayət işi açılıb. Lakin ölkədə bu hadisəyə reaksiya birmənalı olmayıb. Sosial şəbəkə istifadəçiləri polisin qızları yox, oğlanı saxlamalı olduğunu bildiriblər.
www.yenicag.az