“Azərbaycanda Aliment Fondunun yaradılması üçün ilk öncə Milli Məclisdən təsdiqdən keçməlidir. Prezidentin Sərəncamı ilə fond özünün qurulması barədə məlumat verməlidir. Daha sonra isə struktur və işləmə mexanizmi hazırlanmalıdır”.
Bunu Yenicag.az-la söhbətində hüquqşünas-ekspert Hümmət Əliyev deyib.
Azərbaycanda Aliment Fondunun yaradılmasından danışan mütəxəssisin fikrincə, bunun tarixi hələlik bəlli deyil.
Ekspert bildirib ki, fondun yaradılmasının əsas məqsədi ölkə gedişatında nikahları pozulmuş valideynlərin uşaqlarına aliment verilməsini həyata keçirməsidir:
“Aliment Fondunun yaranmasının əsas məqsədlərindən biri həm də budur ki, məhkəmə mübahisəsindən zədə almış uşaqların aliment ehtiyaclarının qarşılanması üçün alimenti ödəməli olan tərəf alimenti ödəmədiyi təqdirdə həmin alimentlər fondun hesabından uşaqlara ödənilməlidir. Həmçinin Aliment Fondu alimenti alimenti ödəməyən tərəfdən həmin borcu məhkəmə qaydası ilə tələb edəcək. Fondun yaradılmasının başlıca səbəblərindən biri budur”.
Nəzrin Bünyatova
www.yenicag.az