Alimləri heyrətə salan canlı: 28 günə gözünü yenidən yaradır

media-hightechnic-468x90

ABŞ-də aparılan araşdırma nəticəsində “alma ilbizi”nin (“Pomacea canaliculata”) gözünün tamamilə çıxarıldıqdan sonra 28 gün ərzində yenidən formalaşdığı məlum olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, alimlər xüsusilə Braziliya və Argentina mənşəli bu növün istilaçı xüsusiyyətlərini öyrənərkən gözün bərpası prosesini müşahidə ediblər.

Laborator şəraitdə aparılan müşahidələrdə gözün çıxarılmasından cəmi iki həftə sonra yenidən böyüməyə başladığı, bir ay ərzində isə tam formalaşdığı ortaya çıxıb.

Araşdırma göstərib ki, göz yenilənməsi 4 mərhələdə baş verir: yara sağalması, xüsusi hüceyrə kütləsinin yaranması, linza və torlu qişanın əmələ gəlməsi və bütün göz strukturlarının yetişməsi.

Tədqiqatçılar bu prosesi “pax6” adlı genlə əlaqələndirib və həmin genin göz bərpasında mühüm rol oynadığını sübut edib. CRISPR texnologiyası ilə “pax6” geninin fəaliyyəti pozulduqda isə ilbizlərin gözü formalaşmayıb.

Alimlər ümid edirlər ki, bu genetik mexanizmin öyrənilməsi gələcəkdə insanlarda göz zədələrinin müalicəsinə yol aça bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05