!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alkoqolun gözlənilməz təhlükəsi tapıldı – Diş ətləri...

!Reklam – Yazi

Nyu-York universitetinin alimləri aydınlaşdırıblar ki, spirtli içkilərin istifadəsindən sonra insan orqanizmində “Bacteroidales”, “Actinomyces” və “Neisseria”nın miqdarı artır.

Yenicag.az xəbər verir ki, alimlər tədqiqatın nəticələrini “MedicalXpress” nəşrində dərc ediblər.

Tədqiqatçılara görə, spirtli içkinin istifadəsi ağız boşluğunda patogen mikrofloranın artmasına səbəb olur. Bu, öz növbəsində, diş ətləri xəstəliyinin riskini yüksəldir, xərçəng və ürək-damar xəstəliklərinə gətirib çıxarır.

Mütəxəssislərin tədqiqatında 55-78 yaş arası 1044 nəfər insan iştirak edib. İnsanların ağız boşluğunun mikroflorasından nümunələr götürülüb. Bu halda, alimlər bakteriyaların tərkibinin müqayisəsi üçün 270 spirtli içki içməyən şəxsdən, 614 arada içən və 160 daim içən adamdan nümunə götürüblər.

Aydın olub ki, spirtli içki istifadəsindən sonra insan orqanizmində “Bacteroidales”, “Actinomyces” və “Neisseria”nın miqdarı artır.

Qeyd edilir ki, “Bacteroidales” iltihab, irin xəstəlikləri və qorxulu şişlərin inkişafına, “Actinomyces” aktinomikoz və endokarditə, “Neisseria” isə meningitə səbəb olur.

Zaur H.

COP29

www.yenicag.az

3407
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv