Allahşükür Paşazadə Derek Hoqanı qəbul edib

media-hightechnic-468x90

ea05a9be875232c76559e595fe56f241Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanı qəbul edib.

Görüşdə Şeyxülislam ölkədəki dini vəziyyət və müxtəlif dinləri təmsil edən icmalar arasındakı qarşılıqlı münasibətlər haqqında danışıb.

O qeyd edib ki, dini tolerantlıq məsələsi Azərbaycanda insanların gündəlik həyat tərzidir və müxtəlif dinlərin liderlərinin şəxsi səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir.

A. Paşazadə 1992-ci ildən bəri Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu və bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini vurğulayıb.

Müvəqqəti İşlər vəkili isə qeyd edib ki, Azərbaycanda çalışdığı dövrdə müxtəlif regionlara səfərlər edib və müxtəlif dinləri təmsil edən vətəndaşlarla görüşlər keçirib. Diplomat həmin görüşlərdə A. Paşazadənin tolerantlığın möhkəmlənməsində böyük rol oynadığının dilə gətirildiyini bildirib.

Görüş zamanı tərəflər qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600