Almaniya da “Rus Evi”ni bağlamaq istəyir

media-hightechnic-468x90

Xristian Demokrat İttifaqından (CDU) Almaniya parlamenti deputatı Roderich Kiesevetter Rusiya Federasiyasının kiberhücumlarının və təxribatlarının artdığı iddiası fonunda daha çox rus diplomatını ölkədən çıxarmağa çağırıb.

Yenicag.az xəbər verir ki, bu  barədə Almaniya mətbuatı məlumat dərc edib.

“Biz qalan bütün agentləri və diplomatları qovmalıyıq”, – deyə KİV deputatdan sitat gətirib.

Onu sözlərinə görə, Berlindəki “Rus Evi”ni və Rusiya Federasiyasının  Almaniyadakı diplomatik və mədəni fəaliyyəti ilə bağlı “digər obyektləri” bağlamaq lazımdır.

Keçən dekabrda Almaniyanın keçmiş daxili işlər naziri Nensi Feser Rusiyanı Avropada “hibrid müharibə” aparmaqda ittiham edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600