Almaz 20 yaş böyük həyat yoldaşından NİYƏ AYRILIB?: “O istəyəni mən istəmirdim”
“Yığdım şeylərimi çıxıb getdim”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərova Ülvira Qarayevanın verilişində deyib.
Sənətçi keçmiş həyat yoldaşı ilə bağlı gizlinləri açıqlayıb:
“Həyat yoldaşım məndən 20 yaş böyük idi. Heç peşman da deyiləm. Çünki Allahın qisməti beləymiş. Ticarət adamı olub, çox ağıllı, işini bilən insan idi. Uşaqlarım sevgidən doğulub. O istəyəni mən istəmirdim, mən istəyənə o əməl etmirdi. O çox ciddi idi, mən isə çox şıltaq.
Ayrılıq səbəbini də bilmirəm. Yığdım şeylərimi çıxıb getdim. Mən ona bir könüldən min könülə aşiq olmuşdum. Uşaqlarım deyir, o, bizim atamızdır. 2008-ci ildə rəhmətə gedib. Balaca qızım daim atasının məzarı üstə gedir. Onun qəbrini ziyarət edir”.
Nehru












