!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amazon meşələrində nəhəng qədim şəhər tapıldı

!Reklam – Yazi

Amazon meşələrində bitki örtüyü ilə örtülmüş 2500 illik nəhəng qədim şəhəri kəşf edən elm adamları bu kəşfin bölgədə ovçu-yığıcı kimi təsvir edilən qədim xalqlar haqqında fikirləri dəyişdirə biləcəyini bildiriblər.

Yenicag.az xəbər verir ki, Ekvadorun cənubundakı Amazon meşəsindəki Upano bölgəsində böyük qədim şəhər aşkar edilib.

Amazonda qədim yaşayış məskənlərinin kiçik olduğunu və insanların köçəri həyat sürdüyünü düşünən alimlər bu qədim şəhərdəki evlərin və açıq səma altında ərazilərin bir-birinə heyrət doğuran yollar və kanallar şəbəkəsi ilə bağlı olduğunu müəyyən ediblər.

“Bu, Amazonda bildiyimiz hər hansı digər qədim yerdən daha qədimdir. Bizim sivilizasiyaya avrosentrik baxışımız var, lakin bu kəşf mədəniyyət və sivilizasiya haqqında düşüncələrimizin dəyişməli olduğunu göstərir”, deyə tədqiqat qrupunun rəhbəri, Fransa Milli Elm Tədqiqat Mərkəzindən prof. Dr. Stiven Rostain bildirib.
Ətraflı

“Bu kəşf Amazon mədəniyyətlərinə baxışımızı dəyişdi. Burada yaşayan bir çox insan kiçik qruplar halında ovçu-yığıcı, ehtimal ki, çılpaq şəkildə təsvir edilir, lakin bu kəşf bizə insanların şəhərdə yaşadıqlarını göstərdi”, deyə tədqiqatın müəlliflərindən olan Antoine Dorison qeyd edib.

Arxeoloqlar 2500 il əvvəl qurulan şəhərdə insanların təxminən 1000 il yaşadığını təxmin edirlər.

Tədqiqatda havadan lazer aşkarlama üsullarından da istifadə edilib. Arxeoloqlar təxminən 300 kvadrat kilometr ərazidə qazıntı işləri aparmaqla yanaşı, sıx bitki və ağacların altındakı qədim şəhərləri havadan təsbit edə bilən lazer texnologiyasından da yararlanırlar. Bu texnologiya ilə ev və mərasim sahəsi kimi istifadə ediləcəyi düşünülən 6 min düzbucaqlı platforma müəyyən edilib./Qaynarinfo/

COP29

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv