ABŞ ordusu düşmənin pilotsuz uçan aparatını özününki ilə qarışdırıb və hücumun qarşısını almayıb.
Yenicag.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Bildirilir ki, ötən gün amerikalı hərbçilər düşmənin atdığı pilotsuz təyyarəni özlərininki kimi qəbul etdikləri üçün İordaniyadakı ABŞ obyektinə pilotsuz təyyarə hücumunun qarşısını ala bilməyiblər.
Bu səhv nəticəsində üç amerikalı hərbçi həlak olub, 40 nəfər yaralanıb.
Xatırladaq ki, bazar ertəsi, yanvarın 29-da Amerika rəsmiləri İordaniyadakı ABŞ hərbi postuna ölümcül hücumu dayandıra bilmədiyini açıqlayıb.
Məlum olub ki, ABŞ pilotsuz təyyarəsi bazaya qayıdarkən düşmən pilotsuz uçan aparatı da hədəfə yaxınlaşıb.
Xuraman Etibarlı
www.yenicag.az