Amerikada türklər hərəkətə keçdilər

media-hightechnic-468x90

87587Amerikada yaşayan türklər ermənilərin qondarma soyqırım iddialarına qarşı hücuma keçdilər.

Yenicag.az asnpress-ə istinadən xəbər verir ki, Türkiyənin diaspor təşkilatları bu gündən ABŞ-ın Vaşinqton, Nyu York şəhərlərində, həmçinin Texas və Massaçusets ştatlarında ermənilərin 1915 hadisələrinə dair iddialarına cavab olaraq “Bizi birləşdir, ayırma” şüarı altında aksiyalara start veriblər.

145 Türk – Amerikan vətəndaş cəmiyyəti tərəfindən yaradılan komitə ilk olaraq paytaxt Vaşinqtonda bəzi metro dayanacaqları ilə avtobus xəttlərinə nəhəng afişalar yerləşdirdi. Afişalarda, “Bizi birləşdir, ayırma” şüarları istifadə edildi.

Bundan əlavə, eyni şüar sabahdan “Turkish Institute for Progress” tərəfindən, New York, Texas və Massaçusets ştatlarında açıq havada nəhəng reklam bilbordlarda və qəzet elanlarında yer alacaq.

Amerikalı türklər müxtəlif ştatların məclislərində Türkiyə lehinə qanunlar gətirməyə çalışacaqlar.

Ermənilərin 24 apreldə qeyd edəcəkləri “genosid” ildönümündə isə türklərlə ermənilər arasında dostluq körpülərinin qurulması üçün Vaşinqtonda “Barış və Həmrəylik” şüarı ilə yürüş edəcəklər. Ağ Evin qarşısından başlayacaq yürüş, Türkiyənin Vaşinqton səfirliyində sona çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600