Ana doğuş zamanı öldü

media-hightechnic-468x90

89726Ağsu rayonunda faciəvi hadisə baş verib. Yenicag.az lent.az-a istinadən xəbər verir ki, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib.

Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının kəskin sancıları tutub və o, ev şəraitində oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə qadının vəziyyəti pisləşib və o dünyasını dəyişib.

Ailə üzvlərinin dediyinə görə, maddi vəziyyətləri yaxşı olmadığından qadın hamiləlik müddətində həkim nəzarətində olmayıb və övladını köhnə qaydalarla ev şəraitində dünyaya gətirib. N.Əzizova daha əvvəl 2 dəfə övlad dünyaya gətirib ki, həmin uşaqlar da evdə həyata göz açıb.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600