Rusiyada dəhşətli hadisə baş verib.
Yeniçağ.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın İrkutsk bölgəsində 4 aylıq körpə araqdan zəhərlənərək ölüb. Məlumata görə, 26 yaşlı ana ağlayan körpəsini sakitləşdirmək istəyərkən, su ilə arağı qatıb uşağa içizdirib. Nəticədə, körpə zəhərlənərək ölüb.
Ana polislər tərəfindən saxlanılıb.
Yeniçağ.az