Ana ölümlərinin dəhşətli statistikası
Azərbaycanda son 3 ildə 70 ana ölümü faktı qeydə alınıb. Ötən il (12 ay ərzində) respublikada 25 ana ölümü baş verib. Bu cür ölümlərin əksəriyyəti regionların payına düşür.
Bu ilin 9 ayı ərzində isə 18 ana doğuş zamanı ölüb.
Son belə fakt Xaçmazda baş verib. Belə ki, oktyabrın 9-da Xaçmaz şəhəri, Müslüm Maqomayev küçəsində yaşayan 1981-ci il təvəllüdlü Arzu Rəhim qızı İsmayılova və körpəsi doğuş zamanı ölüb.
Səhiyyə Nazirliyi isə bildirir ki, Azərbaycanda ana ölümlərinin sayı ildən-ilə azalır. Belə ki, 2005-ci ildə 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 26 belə hala rast gəlinib.