Azərbaycan boksçusu Anaxanım İsmayılova (48 kq) Serbiyanın paytaxtı Belqradda davam edən Avropa çempionatında Ermənistandan olan rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Yenicag.az xəbər verir ki, milli üzvü 1/8 final döyüşünü uğurla başa vurub.
Anaxanım İsmayılova Lusine Gevorqyana 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də reallaşacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
www.yenicag.az