Apteklərdə REYD: Tibbi təhsili olmayanlar dərman satır - VİDEO

media-hightechnic-468x90

Azərbaycanın aptek şəbəkələrində keyfiyyətə nəzarət və qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti mütəmadi olaraq diqqət mərkəzində saxlanılır. 2026-cı ilin mart ayında həyata keçirilən son monitorinqlər də bu istiqamətdə mühüm nəticələrlə yadda qalıb.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) əczaçı müfəttişi Nihat Pirverdiyev bildirib ki, mart ayı ərzində Bakı şəhəri və regionlar daxil olmaqla, ümumilikdə 54 aptekdə yoxlamalar aparılıb:

“Yoxlamalar nəticəsində 12 aptekdə müxtəlif nöqsanlar müəyyən edilib və bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub. Aşkar edilən nöqsanlar arasında müvafiq tibbi təhsili və ya sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin əczaçılıq fəaliyyətinə cəlb edilməsi, dərman vasitələrinin qanunsuz dövriyyəsi, apteklərdə satışı qadağan olunmuş malların ticarəti və aptek təşkilatlarına dair ümumi tələblərin pozulması halları yer alır”.

Daha ətraflı videomaterialda:

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05