Aqşin Abdullayevdən Heydər Əliyev Sarayında “ƏBƏDİ SEVGİ” ETİRAFI – VİDEO

media-hightechnic-468x90

Fevralın 1-də Heydər Əliyev sarayında Azərbaycan musiqisinin parlaq simalarından olan Əməkdar artist Aqşin Abdullayevin solo-konsert proqramı baş tutacaq.

Yenicag.az xəbər verir ki, romantika, əsrarəngiz duyğular və unudulmaz melodiyaların möhtəşəm vəhdətini özündə birləşdirən “Əbədi Sevgi” gecəsində sənətçi sevənlərinə əbədi sevgi etirafı edəcək və əsl musiqi zövqü yaşadacaq.

Musiqi gecəsində tamaşaçılar A. Abdullayevin ən məşhur əsərlərini canlı dinləmə şansı qazanacaq, eyni zamanda, sənətçinin yeni musiqi əsərləri ilə tanış olacaqlar. Bir sözlə, klassik və müasir musiqinin harmoniyası sənətsevərləri duyğuların ecazkar dünyasına qərq edəcək.

Gecə boyunca Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor kapellası, “IL Divo” estrada ansamblı musiqinin dünəndən bu gününə körpü salacaq.

Sadəcə konsert deyil, sevənlərini duyğuların dərinliyinə qərq edəcək unudulmaz sənət bayramı ölkənin ən reytinqli telekanalı olan “Xəzər” Televiziyasında yayımlanacaq.

Videonu təqdim edirik:

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600