Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan qayıq batıb.
Yencagi.az xəbər verir ki, hadisə nəticəsində qayıqdakı 120 miqrantdan 2-si azyaşlı, 1-i isə hamilə olmaqla 117-si boğulub. Axtarış-xilasetmə tədbirləri zamanı yalnız 3 nəfərin həyatını xilas etmək mümkün olub.
Həlak olanların əksəriyyəti Qərbi Afrika ölkələrinin vətəndaşlarıdır.
Qayıq batdıqdan sonra 3 saat ərzində miqrantların köməyinə çatan olmayıb.
Xatırladaq ki, ötən il Aralıq dənizində baş verən qayıq qəzalarında 2262 miqrant boğularaq ölüb.
www.yenicag.az