“Araz-Naxçıvan” autsayderlə oyunda xal itirdi

media-hightechnic-468x90

Futbol üzrə Misli Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Araz-Naxçıvan” “Səbail”in qonağı olub. “ASCO Arena”da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Matçda hesabı 30-cu dəqiqədə Naxçıvan təmsilçisinin heyətində Ülvi İsgəndərov açıb. “Dənizçilər”in qolunu isə 76-cı dəqiqədə Marko Nikoliç vurub.

Bu nəticədən sonra “Araz-Naxçıvan” 54 xalla 3-cü, “Səbail” isə 21 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.

Günün son oyunu saat 20:00-da “Sabah” və “Qarabağ” komandaları arasında olacaq.

Qeyd edək ki, XXXII turun əvvəlki matçlarında “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib, “Zirə” isə səfərdə “Kəpəz”ə qalib gəlib – 1:0. Tura aprelin 28-də keçiriləcək “Sumqayıt” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600