Dünən oynanılan Avropa Çempionatı çərçivəsində keçirilən İspaniya-Türkiyə matçından türk millisinin futbolçusu Arda Turan elə stadiondaca fitə basılmışdı.
Avropa.info xəbər verir ki, hər dəfə ayağına top gələndə yavaş oynayan Arda Turan bu hərəkətinə görə tribunalar tərəfindən fitə basılıb. Oyun zamanı növbəti dəfə fitə basılarkən futbolçu arxasını azarkeşlərə çevirərək əli ilə “bravo” işarəsini göstərib. Ardanın bu davranışı azarkeşləri daha da qəzəbləndirmişdi.
Gecə gec vaxtda “İnstagram”da fotosunu paylaşan Arda Turan əllərini yuxarı qaldıraraq arxasını çevirən halda milli formada poz verib. Fotoya başlıq kimi “Sizi Allaha həvalə edirəm” – cümləsini yazıb.
www.yenicag.az