Arda Turan "Qalatasaray”a qayıdır

media-hightechnic-468x90

İcarə əsasında “Başakşəhər” klubunda çıxış edən Arda Turan qış fasiləsində iş yerini dəyişəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Türkiyə millisində 100 oyuna 16 qol vuran Arda “Qalatasaray”a keçəcək. Müqavilə ilə “Barselona”ya məxsus olan 32 yaşlı yarımmüdafiəçinin “sarı-qırmızılar”la 1,5 illik müqavilə imzalayacağını da vurğulayıb.

“Qalatasaray”ın yetirməsi olan Arda 2011-ci ildə “Atletiko”ya, 2015-ci ildə isə “Barselona”ya keçib. Kataloniya təmsilçisində ümidləri doğrultmayan yarımmüdafiəçi 2018-ci ildə “Başakşəhər”ə 2 illik icarəyə verilib. Ardanın hazırkı icarə müqaviləsi mövsümün sonunda sona çatır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05