İki məşhur oyunçu Arda Turan və Emre Çolak “Qalatasaray”a qayıtmaq istəyir.
Yenicag.az xəbər verir ki, klubun baş məşqçisi Fatih Terimlə münasibətlərini yenidən yaxşılaşdıran Arda Turandan sonra klubun alt qrupunda yetişən Emre Çolak da “Qalatasaray”da oynamaq istədiyini meneceri ilə Terimə çatdırıb. Birləşmiş Ərəb Əmirliklərindəki kariyerasını başa vuran Emre Çolakın keçmiş klub kapitanı Arda ilə eyni vaxtda transfer edilmə ehtimalı da var. Son qərarı baş məşqçi verəcək.
www.yenicag.az