ARDNF 9 lot üzrə tender keçirir
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 9 lot üzrə tender keçirir.
Yenicag.Az-ın rəsmi KİV-ə istinadən verdiyi xəbərə görə, tender prosedurları fevralın 10-da saat 10:00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti,165 ünvanında yerləşən baş ofisdə tender təkliflərinin (zərflərinin) açılışı ilə başlanacaq.
Tender inzibati binanın daşınmaz əmlakının və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və daşınar əmlakın könüllü sığortası xidmətlərinin, xırda avadanlıqların (qulaqcıqlar, yaddaş kartları, müxtəlif növ batareyalar və s.), “Cisco” İnformasiya Texnologiyaları avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 il müddətinə uzadılması xidmətinin, fiziki təhlükəsizliklə bağlı avadanlıqların (əleyhqazlar, fənərlər, dozimetrlər, detektorlar və s.), şəbəkə təhlükəsizliyi idarəetmə sistemi üzrə texniki xidmətin, şəbəkə hücumlarını aşkarlama və mühafizə sistemi üzrə texniki xidmətin, dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin, mobil qurğular, antivirus proqramları və zəifliklərin idarə olunması sistemləri üzrə texniki xidmətin, xidməti geyim formalarının (şalvar, köynək, papaq, pencək və s.) satın alınması üzrə elan edilib.
Podratçılardan tələb olunan sənədlər yanvarın 30-da saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə fevralın 9-da saat 18:00-a qədər hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla ARDNF-ə təqdim edilməlidir.
Hər bir lot üçün iştirak haqqı 100 manat məbləğdə müəyyən edilib.
Yenicag.Az