Argentinada dinozavrları belə yeyən “hiper yırtıcı” növ kəşf edildi

media-hightechnic-468x90

Elm adamları Argentinada güclü çənəsi və iti dişləri ilə bölgədəki dinozavrlara qorxu saçan, timsahların nəsli kəsilmiş qohumunu aşkar ediblər.

Yenicag.az xəbər verir ki, növə “Kostensuchus atrox” adı verilib.

Adın ilk hissəsi Pataqoniya küləyinə “Kosten” deyən Tehuelçe yerli xalqından, “Suchos” isə qədim misirlilərin timsah başlı tanrısından gəlir. Latınca “atrox” isə “azğın, amansız” mənasını daşıyır.

Kəşf edilən fosil təxminən 70 milyon il əvvələ – Təbaşir dövrünün sonlarına aid Çorillo formasiyasında tapılıb. Qorunub saxlanılan nümunə, əsasən, bütöv olub, kəllə, çənə və bədənin bir çox sümüyünü əhatə edir.

Tədqiqatçılar bildirirlər ki, bu qədim sürünənin uzunluğu 3,5 metrə, çəkisi isə 250 kiloqrama çatırmış. Geniş və güclü çənəsi sayəsində orta ölçülü dinozavrları belə məhv edə bilirdi.

Alimlərin fikrincə, “K. atrox” bölgədəki ikinci ən böyük yırtıcı növ olub və ekosistemin ən üst pilləsində dayanıb.

Araşdırma nəticəsində məlum olub ki, bu canlı dinozavr deyil, timsah və alliqatorların uzaq əcdadlarından olan “peirosaurid crocodyliform” qrupuna aiddir.

Mütəxəssislər qeyd edirlər ki, onun iti dişləri iri heyvanların ətini parçalamağa uyğunlaşıb və bu xüsusiyyət “hiper yırtıcılıq” göstəricisi kimi qiymətləndirilir.

Yeni kəşf Təbaşir dövrünün sonlarında Pataqoniya ekosistemində yırtıcıların müxtəlifliyinə dair mühüm məlumatlar təqdim edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa