Arif Babayevin səhhətində problem yaşandı - SON DURUMU \ AÇIQLAMA

media-hightechnic-468x90

Xalq artisti, ustad sənətkar Arif Babayevin səhhətində problem yaşanıb. Xanəndə buna görə  Səkkizinci Televiziya Muğam Müsabiqəsinin növbəti yayımında iştirak edə bilməyib.

Yenicag.az-a açıqlama verən xanəndə hazırda özünü yaxşı hiss etidiyni və səhhətindəki problemin aradan qalxdığını bildirib:

“Dünən səhhətimdə bir az narahatlıqar baş qaldırdı. Halım yaxşı olmadı. Buna görə də müsabiqəyə qatıla bilmədim. Dünəndən telefonlarım susmur, hamı zəng edib, narahatlığını bildirir. Diqqətə görə sağ olun hamınız. İndi, şükür, yaxşıyam. İnşallah müsabiqənin növbəti buraxılışında yenə məni görəcəksiniz”.

Qeyd edək ki, bir neçə il öncə insult keçirən xanəndə uzun müddət buna görə müalicə olunub.

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600