!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Arvadım ölüb, tək yeyəcəm" - 9400 dollara xərçəng aldı

!Reklam – Yazi

İsveçdə mövsümün əvvəlində tutulan ilk onayaqlı xərçəng rekord qiymətə satılıb.

Yenicag.az xəbər verir ki, bu ölkədə hər il mövsümün əvvəlində tutulan ilk onayaqlı xərçəng nümayiş etdirilir və onun satışı üzrə hərrac keçirilir.

Əvvəlki illərdə olduğu kimi, hərrac Höteborq şəhərinin balıq bazarında təşkil olunub. Yeni mövsümün ilk hərracında alıcı onayaqlı xərçəngin kiloqramına 83 min İsveç kronu (9400 ABŞ dolları) ödəyib.

Yerli jurnalistlər qeyd edirlər ki, ödənilən məbləğ ötənilki qiymətdən iki dəfədən çoxdur və ümumiyyətlə, rekord hesab edilir. Alıcı Per-Arne Korshaq hərracda üçüncü dəfədir qalib gəlir və bu il o, ilk dəfə onayaqlı xərçəngin dadına tək baxacaq. “Ötən il həyat yoldaşım vəfat edib, ona görə də istirahət günləri mən onu tək yeməli olacağam”, – deyə 73 yaşlı alıcı vurğulayıb.

www.yenicag.az

18508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv