!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arvadına “Hardan pul tapım?” deyən ər həbs edildi – Naxçıvanda

!Reklam – Yazi

Naxçıvan şəhərində arvadı tərəfindən pul vermədiyi üçün polisə şikayət olunan kişi həbs edilib.

Yenicag.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1960-cı ildə Şərur rayon Təzəkənd kəndində doğulmuş Q.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib.

Təqsirləndirilən şəxsin həyat yoldaşı onunla bağlı polisə şikayət edib. Q.B. isə məhkəmədə özünü günahkar görməyib. O, qeyd edib ki, evinin təlabatlarını qarşılamağa çalışır, amma yenə də həyat yoldaşı S.B.-nı razı sala bilmir. Həyat yoldaşı onunla bağlı yenə də qonşuların yanında deyir ki guya evə baxmır. Bu sözlər də onu əsəbləşdirir. Son hadisə zamanı – axşam saatlarında yorğun halda evə gəlib, yeməyini yeyib dincələn zaman S.B. yenə ondan pul istəyib, o isə hirslənərək “pul yoxdur, fəhlə adamam, hardan pul tapım?” deyərək yatmağa gedib.

Məhkəmədə təqsirləndirilən şəxsin həyat yoldaşı. şikayətçi S.B ərini xəsislikdə ittiham edib. Bildirib ki, illərdir ki, övladlarının qayğısını çəkməyə çalışır, işlədiyi dövrlərdə daim evin ehtiyaclarını ödəməyə çalışıb. Qadının iddiasına görə, ərinin istədiyi odur ki, kimsə bir qəpik pul istəməsin. Problemləri də əsasən pul üstündə olur. Artıq səbrinin tükəndiyini deyən S.B. hadisə baş verən gün yenə ərindən pul istəyib, əvəzində kişi onu söyərək təhqir edib. O da DİN-nin 102 xidmətinə zəng vurub. Polis gələndə Q.B. onlara da müqavimət göstərib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 20 gün müddətinə inzibati qaydada həbs edilib.

COP29

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv