Türkiyənin müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan “ASELSAN”, müasir texnoloji məhsulları ilə qardaş ölkə Azərbaycana həm hərbi, həm də mülki sahədə dəstəyini davam etdirir.
“ASELSAN A.Ş.”nin Azərbaycana dəstəyi 1990-cı illərdə, 1-ci Qarabağ müharibəsi zamanında başlamışdır. O zaman cəbhədə torpaqlarını müdafiə edən Azərbaycan əsgərləri “ASELSAN” istehsalı olan radiolarla təmin edilmişdir.
Azərbaycanda fəaliyyət və xidmət sahələrində artım müşahidə olunduğu üçün 1998-ci ildə “ASELSAN A.Ş.”nin 100% sərmayəsi ilə “Aselsan-Bakü” şirkəti təsis edilmişdir.
“ASELSAN” “Aselsan-Bakü” şirkəti vasitəsilə Azərbaycanda yeni layihələrin hazırlanması və müqavilələrlə bağlanmış layihələrdə təhvil verilmiş sistemlərin texniki quraşdırılması, satış sonrası nasazlıqların aşkar edilməsi və texniki qulluq-təmir işlərini həyata keçirir.
“ASELSAN” Azərbaycana taktiki sahədə təhlükəsiz, əl, avtomobil, bel və hava radiosu həlləri, həmçinin radiorele rabitəsi və peyk rabitə sistemləri kimi qabaqcıl texnologiya məhsulları təklif edir.
Azərbaycan təhsilinə töhfə verən “ASELSAN”, Azərbaycan Texniki Universitetinin 15-dən çox tələbəsinin müxtəlif vaxtlarda “Aselsan-Bakü” şirkətində təcrübə keçməsinə şərait yaratmışdır.
Azərbaycanın xaricdən asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyən “ASELSAN”, Azərbaycanın öz hərbi rabitə sistemlərini istehsal etmək və milli kriptosunu inkişaf etdirmək qabiliyyətinin qazandırılmasına üstünlük verir.
“ASELSAN”ın Azərbaycan Silahlı Qüvvələrinə tədarük etdiyi müasir rabitə avadanlıqları, ağıllı döyüş sursatları və bir çox müxtəlif məhsulları həm 2016-cı ilin aprelində baş verən döyüşlərdə, həm də 2020-ci ildəki 44 günlük Vətən müharibəsində geniş və səmərəli şəkildə istifadə olunmuşdur. 44 günlük Vətən Müharibəsi dövründə 300 yaxın mühəndis və texniki işçiləri ASELSAN sistemlərinin quraşdırılması, qulluğu/təmiri və saxlanması kimi mövzularda dərhal texniki dəstək göstərmişdir
Azərbaycanla birgə istehsalı da gündəmdə saxlayan “ASELSAN”, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “ALOV” zavodunda istehsal olunan A100 elektro-optik məmulatının yenidən birgə istehsalının həyata keçirilməsi üçün danışıqları davam etdirir.
-Sərhədi qoruyan əsgərlər “ASELSAN” məhsulu ilə “TEKNOFEST” ziyarətçiləri ilə görüşdülər.
Bakıda keçirilən “TEKNOFEST” Azərbaycan festivalında Azərbaycan Müdafiə Nazirliyinin stendini ziyarət edən iştirakçılara sərhəddəki əsgərlərlə video formatda söhbət etmək şəraiti yaradılmışdır.
Ziyarətçilər “ASELSAN” məhsul texnologiyası ilə əsgərlərlə söhbət edərək onların ruh yüksəkliyini artırırdılar.
“ASELSAN” məhsulları Azərbaycanda təkcə hərbi sahədə deyil, mülki sahədə də geniş istifadə olunur.
Azərbaycanda bir çox qurum və təşkilatlar peşəkar radio ehtiyaclarını “ASELSAN”dan təmin edirlər.
“ASELSAN” ağıllı şəhərlər, siqnalizasiya və avtomatlaşdırma kimi mülki layihələr vasitəsilə işğaldan azad edilmiş torpaqların inkişafına və yenidən qurulmasına töhfə verməyi hədəfləyir.
www.yenicag.az