Asim Mollazadə bu ölkələrin səfirləri ilə görüşdü
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.
Görüşdə Azərbaycan-Çexiya münasibətləri, ölkələrimiz arasındakı gələcək əməkdaşlıq, regiondakı son durum müzakirə olunub. A.Mollazadə səfirə partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Yenicag.az müsavat-a istinadən bildirir ki, partiya sədri Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə də görüşüb.
Görüşdə ölkələrimiz arasındakı münasibətlər, Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlıq perspektivləri, regional proseslər, Azərbaycan-Ermənistan münaqişəsi ətrafında yaranmış vəziyyət müzakirə olunub.