Aşıq Namiqdən SƏRT REAKSİYA: “Mənə heç kim qadağa qoymayıb!”

media-hightechnic-468x90

Aşıq Namiq Fərhadoğlu ona efir qadağası qoyulması ilə bağlı yayılan xəbərə sərt reaksiya verib.

media-banner_tuq

Yenicag.az-a açıqlama verən sənətçi ona heç bir telekanalda qadağa qoyulmadığını bildirib:

“Bu qadağanı Azərbaycan Respublikası Audiovizual Şurası qoya bilər. Bununla bağlı rəsmi bir məlumat da yoxdur. Kim tərəfindən bu qadağa qoyulubsa, desinlər bilim. Aşıq musiqisi nə vaxtdan bayağı musiqi olub ki, mənə də efir qadağası qoyulsun?

3-4 telekanala  zəng vurub soruşdum, dedim mənə qadağa var? Dedilər, yox, nə qadağa? Hətta bir neçə veriliş də çəkilib, gələn həftə efirdə yayımlanacaq. Ayıb deyil? Reytinqdən ötrü belə xəbərlər yazıb məni müqəddəs Ramazan ayında  əsəbiləşdirirsiniz. Dövlət tərəfindən  belə qadağa qoyulubsa, qurban olum dövlətimizə. Amma mənə heç bir qadağa qoyulmayıb.

Gündəm üçün belə xəbərlər yaymasınlar! Mənimlə bağlı heç bir qadağa yoxdur. Mən dövlətimizi, musiqimizi sevən adamam, hər zaman da milli dəyərlərimizə xidmət edirəm”.

Cəvahir

 

*     *      *

Azərbaycanda televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb. Bir neçə şou verilişləri bağlanıb. Bununla yanaşı, Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub.

Yenicag.az Manset.az-a istinadən həmin müğənnilərin siyahısını təqdim edir:

Kəmalə Günəşli

Canana (Mətanət İsgəndərlinin keçmiş gəlini)

Nüşabə Musayeva

Nəfəs

Ofelya Şabanova

Günəş

Qumral (Musa Musayev və Təranə Qumralın qızı)

Səbinə Selcan

Ülviyyə Namazova

Afət Fərmanqızı

Aşıq Namiq

Mehriban Qəmbərova

Şəbnəm Qəhrəmanova

Arzu Mirzəyeva

Şəlalə Səsli

Naza Veysəlova

Ziba Osmanlı

Aida Ziyadxanlı

Pünhan Piriyev

Talıb Tale

Müğənni Canan

Balaəli

Aqşin Fateh

İfrat

Dəniz Əsədova

İbrahim Borçalı

Arzu Mələk

Elxan Qaraxanoğlu

Qeyd edək ki, siyahı tərtib olunarkən adı çəkilən müğənnilərin  ciddi musiqini təbliğ etməmələri və efir məsuliyyətinə diqqətsiz yanaşmaları nəzərə alınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05