Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Aşıq Zülfiyyənin elə fotoları yayıldı ki, şok oldu: “Ay tövbə, mən deyiləm...”

Aşıq Zülfiyyəni özündən çıxarıblar.

Yenicag.az-a açıqlama verən sənətçi sosial şəbəkədə adına saxta profillər yaradıldığını bildirib:

“Getdiyim məclisdə, yaxınlaşıb paylaşım etdiyim fotolardan söz açdılar, məəttəl qaldım ki, axı mən sosial şəbəkələrdə yoxam, bunlar hansı paylaşımlardan danışır. And-aman etdim ki, ay tövbə, o mən deyiləm, mənim internetdən başım çıxmır. Oğlum Babək baxıb gördü ki, adıma profillər açılıb, fotolar paylaşılır. Hansı ki, o fotolar heç özümdə yoxdu. Şəkilləri görəndə şoka düşdüm ki, bunları harada çəkiblər. Bildim ki, fanatların işidir. Babək bir neçə profili sildirdi, amma təzədən yenə açıblar”.

Sənətçi onu da bildirdi ki, sosial şəbəkə izləyiciləri tərəfindən bir dəfə də olsun təhqirə, irada tuş gəlməyib: “Amma altında o qədər gözəl rəylər yazılır ki… İnanın bir cümlə belə təhqir, irad yazan yoxdu. Amma, insanları aldatmaq olmaz. Lazım bilsəm, elə özüm profil yaradıb, paylaşımlar edərəm”.

Cəvahir

www.yenicag.az

6613
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS