Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.
Yenicag.az xəbər verir ki, aprelin 23-dən 27-dək davam edəcək sessiya çərçivəsində qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq.
O cümlədən, Liviyada vəziyyət, “Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid” və “Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması” mövzuları müzakirə ediləcək.
www.yenicag.az