AST qrupa məxsus “Praqa” restoranının binası yaxın zamanda hərraca çıxarılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə 2017-ci ilin oktyabrında müflis elan olunmuş “Praqa-AST” şirkətindən məlumat verib. Ümumi sahəsi 9900 kvadratmetr olan obyektin ilkin qiyməti 35 milyon dollardır. Hərracın tarixi hələ müəyyən edilməyib.
Qeyd edək ki, “Praqa” Moskvanın ən qədim və ən tanınmış restoranlarındandır. 1990-cı illərdə şəhər meriyası restoranı AST qrupa satıb. Burada qrup mənzil-qərargahını yerləşdirib.
2009-cu ildə “Çerkizov bazarı”nın bağlanmasından sonra AST-nin kreditorları ilə problemləri başlayıb. 2015-ci ildə iş adamı Telman İsmayılov məhkəmə tərəfindən müflis elan olunub.
www.yenicag.az