Astarada DƏHŞƏT! Gəlin qayınatasını bıçaqladı
Astarada bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Maşğan kəndində qeydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının əməliyyatdan çıxdıqdan sonra vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.