Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ata islamı qəbul etmək istəyən 17 yaşlı qızını öldürdü - FOTO

Ata qızını sevgilisinin müsəlman olduğuna görə bıçaqlayaraq öldürüb.

Yenicag.az milli.az-a istinadən xəbər verir ki, Sami Karra adlı 58 yaşlı kişi 17 yaşlı qızı Henriette Karranın ölümündən sonra həbs edilib. Qızın cəsədi onların İsrailin Ramle şəhərindəki evindən tapılıb.

Deyilənə görə, atanın qızını bıçaqlamasına səbəb onların arasında sevgilisi ilə bağlı yaranan mübahisə olub. Qız atasına həbsdəki müsəlman sevgilisinin istədiyi üçün İslamı qəbul edəcəyini söyləyib.

Jerusalem Post-un verdiyi məlumata görə, o, evdən qaçıb. Lakin qohumları onu evə qayıtmağa məcbur edib.

Qızın ölümündən öncə həbsxanadakı sevgilisinə məktub yazdığı məlum olub. O, məktubda onu öldürmək istəyən qohumları ilə bağlı dərdini bölüşüb.

Yenicag.az

www.yenicag.az

635
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100