Ata və yeddi uşaq evdə ölü tapılıb
Amerikalı kişi və onun yeddi uşağı Merilenddə, Princess Annedəki evlərində dəm qazından zəhərlənib.
Ölən kişinin ögey atası deyib ki, 36 yaşlı Rodney Todd qaz pulunu vermədikləri üçün qazları kəsiləndə evi isitmək üçün generatordan istifadə edib. Lloyd Edvard deyib ki, Toddın iki oğlu və beş qızı varmış. Onların hamısı dəm qazından zəhərlənib ölüb.
Polis isə hadisəni araşdırdıqlarını deyib. Polisin sözlərinə görə, onlar generatordan qanunsuz istifadə ediblər. Mətbəxdə içində maye qaz olmayan generator aşkar ediblər.
Polis deyib ki, evə verilən elektrik enerjisi də kəsilibmiş. Ölənləri hələ ki, rəsmi olaraq bir kişi, yeddi uşaq kimi qeydə alınıb.
Qeyd edək ki, hər il Amerikada 400 nəfərdən çox insan dəm qazından həyatını itirir, 4000 nəfər isə xəstəxanaya yerləşdirilir.