!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Atasının gözü önündə uşağına təcavüz etdilər” - VİDEO  

!Reklam – Yazi

ABŞ İraqı işğal etdiyi zaman işgəncə mərkəzi olaraq ad qoyan “Əbu Qureyb” həbsxanasında saxlanılan  iraqlı Əli Şəllal al-Qaisi 15 il öncə yaşadığı işgəncələrdən danışıb.  

Yenicag.az xəbər verir ki, İraq işğalının utancverici xatirələrindən olan “Əbu Qureyb” həbsxanasındakı zülm yenidən aktuallaşıb. CIA-nin zülmünə məruz qalan əl-Qaisi “Middle East Eye”yə müsahibəsində dəhşətli faktlar açıqlayıb.

Qeyd edək ki, Əli Şəllal əl-Qaisi İraq işğalının simvoluna çevrilən “elektrik verilən adam”dır.  Onun sözlərinə görə, kimsə həbsxanaya düşərsə, amerikalılar onu hücrənin metal divarına asır, elektrik verib, üzərini murdarlayırlardı: “Elektrik verilməsini əsla unuda bilmirəm. Sanki yanğın gözlərimdən çıxırdı. Süpürgənin arxasını zorla kişilərin arxalarına soxurlardı. Bəzən etdikləri cinayətlər qanaxmalara səbəb olurdu və cərrahlar müdaxilə edirlərdi”, deyə, o günləri xatırlayıb.

Reportaj zamanı əl-Qaisi birdən dayanır və “Bir uşaq gördüm. Atasının önündə ona təcavüz etdilər” deyir və titrəməyə başlayır.

Həbsxanada sadəcə fiziki deyil, psixoloji travma yaşadığını bildirən iraqlı “Bizim ruhlarımızı əzdilər. Hələ də hamamda çiməndə su ilə edilən işgəncələri xatırlayıram”.

COP29

www.yenicag.az

3149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv