Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

media-hightechnic-468x90

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və Gənclər və İdman Nazirliyinin (GİN) birgə təşkilatçılığı əsasında 2-3 sentyabr tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq 3-cü MDB Oyunlarına test və hazırlıq xarakteri daşıyır. Həmçinin, bu turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında iştirak edəcəklər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05