AVF-nin iclası keçirildi, voleybolçu cəzalandırıldı

media-hightechnic-468x90

Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-intizam komissiyasının iclası keçirilib.

AVF-dən Yenicag.az-a verilən məlumata görə, toplantıda Hakimlər Kollegiyasının fevralın 10-da AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciətə baxılıb.

Müraciətdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turunda baş tutmuş “Xarı bülbül” – “Neftçi” qarşılaşmasında nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar verilməsi xahiş olunub.

İclasda sözügedən matçda “Xarı bülbül” klubunun kapitanı İlqar İmamquliyevin intizam qaydalarını pozduğu və qeyri-etik hərəkətlərə yol verdiyi bildirilib. AVF-nin reqlamentinə əsasən, voleybolçuya xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib.

Qeyd edək ki, Hakimlər Kollegiyasının AVF-yə müraciəti fevralın 10-da olub. Həmin gün keçirilməsi nəzərdə tutulan VI turun “Xarı bülbül” – “Murov” matçı da təxirə salınıb. Bu görüşün vaxtı hələlik bəlli deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600