Avronun Azərbaycan manatına qarşı möhkəmlənməsi davam edir
Bu gün martın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyib.
“Azərbaycan Mərkəzi Bankının (AMB) martın 18-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dünənki kimi 1,0488 manat səviyyəsində müəyyən edilib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0099 manat və ya 0,9% bahalaşaraq 1,1118 manat olub.