!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Birliyi “Facebook”a qarşı istintaqa start verdi

!Reklam – Yazi

Avropa Birliyi Facebook-a qarşı istintaqa start verib.

Yenicag.az xəbər verir ki, məlumatların qorunması üzrə İrlandiya komissiyası 50 milyon Facebook istifadəçisinin məlumatlarının oğurlanmasından sonra şirkətə qarşı istintaqa start verdiyini bildirib.

Qeyd edilib ki, AB-nin nizamlayıcı orqanı sosial şəbəkənin bu ilin may ayında qüvvəyə minmiş məlumatların qorunması üzrə ümumi reqlament (GDPR) qanununun qaydalarına əməl olunmasını yoxlayacaq.

İstintaq çərçivəsində komissiya emal olunan özəl məlumatların təhlükəsizliyi üçün şirkət tərəfindən olan texniki və təşkilati tədbirlərə əməl olunub-olunmaması yoxlanılacaq.

Facebook isə öz növbəsində daxili istintaqını davam etdirir və istifadəçilər üçün yarana biləcək potensial riskləri aradan qaldırmağa çalışır.

Qeyd etmək lazımdır ki, 50 milyon Facebook istifadəçisinin məlumatlarını oğurlamış hackerlər kənar saytların məlumatlarını əldə edə bilməyiblər. Yəni Facebook hesabı ilə digər servislərə daxil olan istifadəçilərin həmin servislərdəki məlumatları toxunulmaz olaraq qalıb. Əgər komissiya Facebook-un əleyhinə qərar çıxartsa, şirkət 1.6 milyard dollar cərimə ödəməli olacaq.

COP29

www.yenicag.az

3849
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv