Avropa çempionatı: Beş qadın güləşçi mübarizəyə başlayır, Stadnik 9-cu dəfə qızıl medal qazana bilər

media-hightechnic-468x90

Bu gün Azərbaycanın daha beş qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Mariya Spirkovska (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

57 kq-dakı Jalə Əliyeva 1/4 finalda Anna Şel (Macarıstan) – Yelena Brügger (Almaniya) cütünün qalibi ilə görüşəcək.

62 kq-dakı Birgül Soltanova təsnifatda Viktoriya Vessoyla (Estoniya), 65 kq-dakı Elis Manolova 1/4 finalda İrina Rinqaci (Rumıniya) – Kendra Daçer (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq.

Nəhayət, 72 kq-dakı Nigar Mirzəzadə təsnifatda Lyudmila Tiçinanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin digər üç qadın güləşçi medal görüşündə qüvvəsini sınayacaq. 50 kq-dakı səkkizqat qitə çempionu Mariya Stadnik finalda Oksana Livaçla (Ukrayna) üz-üzə gələcək.

55 kq-dakı Elnurə Məmmədova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal qarşılaşmasına çıxacaqlar. Onlar müvafiq olaraq Katarjina Kravçik (Polşa) və Sandra Paruşevski (Almaniya) ilə güləşəcəklər.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar və komanda hesabında da çempion olublar. Yarış aprelin 23-də başa çatacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05