Avropa Komissiyası “Google” şirkətini rekord məbləğdə – 1,49 milyard avro cərimələyib.
Yenicag.az xəbər verir ki, cərimə “Google”un Avropa İttifaqının antiinhisar qanunvericiliyinin qaydalarını pozması, eləcə də onlayn reklam bazarındakı vəziyyətdən sui-istifadəyə yol verməsi ilə bağlıdır.
Xatırladaq ki, bir qədər əvvəl “Google” üçün cərimənin 13 milyard dollara qədər olacağı deyilirdi./Report/
www.yenicag.az