Avropa Putinlə danışığa gedir

media-hightechnic-468x90

79406Avropa Komissiyası hesab edir ki, “Türk axını” layihəsi iqtisadi cəhətdən sərfəli deyil və ümid dirik ki, “Cənub axını” layihəsi ilə bağlı Moskva ilə danışıqlarımız bərpa ediləcək.

Yenicag.az bildirir ki, bunu Avropa komissyasının sədrinin müavini Maroş Şeftoviç deyib.

Onun sözlərinə görə, Türkiyəyə 50 milyard kubmetrə yaxın qaz lazımdır. Avropanın da bu həcmdə qaza ehtiyacı var.

“Bəs, bütün bu qazın hamısı niyə Türkiyəyə yönləndirildi? Bu çox baha-başa gələcək. Ona görə də “Cənub axını” layihəsi üzrə danışıqlar bərpa edilməlidir”, deyə Şeftoviç bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə keçirdiyi mətbuat konfransında “Cənub axını” layihəsinin ləğv edildiyini, “Türk axını” layihəsinin həyata keçirələcəyini bildirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600