Avropa Rusiyaya daha bir zərbə vurdu

media-hightechnic-468x90

mnbmbhİyun ayında Soçi şəhərində keçirilməsi planlaşdırlan Rusiya- Avropa Birliyi sammiti ləğv olunub

Avropa Birliyi iyun ayının 3-də Rusiya ilə keçirilməli olan sammiti ləğv edib. AB-nin nümayəndəsi Herman van Rompey birliyə üzv ölkələrin Rusiya ilə ikitərəfli sammitdən imtina etdiklərini bildirib. Sammit Soçidə keçirilməli idi.

AB ölkələri Ukraynada baş verənlərlə bağlı Rusiyaya qarşı mümkün sanksiyaların 3 mərhələsinin olduğunu bildiriblər.

Birincisi – Rusiya- AB baza razılaşması və viza rejiminin liberallaşdırılması haqqında danışıqların dayandırılması, ikinci – fərdi viza sanksiyaları və bir sıra rəsmilərin səhmlərinin dondurulması, Rusiya-AB samitinin ləğvi, üçüncü- iqtisadi sanksiyalar.

Rusiya prezidenti Vladimir Putin isə daha öncəki açıqlamalarında müasir dünyada hər şeyinq arşılıqlı olduğunu, bunun üçün də sanksiyalardan inkinin qarşılıqlı olacağını demişdi.

Rusiya XİN rəsmi nümayəndəsi də Moskvanın mümkün sanksiyalara cavab verməli olacağını qeyd etmişdi(musavat.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600