Avstraliyada polislərə bıçaqla hücum: Ölən və yaralananlar var – VİDEO/YENİLƏNDİ

Avstraliyanın Melburn şəhərində polislərə hücum edən şəxs aldığı yaradan xəstəxanada ölüb.

Hadisə terror hücumu kimi qiymətləndirilib.

***

12:46

Avstraliyanın Melburn şəhərində ticarət mərkəzinin binasına çırpılan avtomobil alışıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin sürücüsü ətrafdakı insanlara və polislərə bıçaqla hücum edib.

Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisəni törədən şəxs isə silahla vurulub və onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.