Reklam

Reklam

Rusiyanın Kazan şəhərində sərnişin avtobusu məscidin qapısına çırpılıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Mərkəzi bazar adlı hissəsində yerləşən Sultan məscidinin önündə qeydə alınıb. Rusiya mətbuatının məlumatına görə, avtobus məscidin yanından keçərkən önünə minik avtomobili çıxıb. Avtobus sürücüsü ağır qəzaya səbəb olmamaq üçün yayınmağa çalışsa da, yolun sürüşkən olması avtobusun məscidə çırpılmasına səbəb olub.

Qəza nəticəsində ciddi zərərçəkən olmayıb. Minik avtomobili dərhal hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 744
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."