Avtomobil qəzasında ölən futbolçumuzun SON VİDEOSU

media-hightechnic-468x90

Dünən Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində dəhşətli avtomobil qəzası baş verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş  Elgün İlham oğlu Abbasov hadisə yerində vəfat edib.

Digər yaralı sərnişin – 1994-cü il təvəllüdlü Yaşar Seymur oğlu Əliyev  isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən Elgün Abbasov vaxtı ilə futbolla da məşğul olub. Tovuzun “Turan” komandasında çıxış etmiş Abbasov, futbolla 2013-cü ildə vidalaşıb. Əldə etdiyimiz məlumata görə qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. Elgün Abbasov isə əvvəllər ARB24 telekanalında çalışırmış.

Emin
Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05