!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eks nazirin avtomobil şirkəti azərbaycanlıları belə təhqir etdi – ŞİKAYƏT

!Reklam – Yazi

bmw-girl 155
Avtomobilin qısa müddətdə nasaz vəziyyətə düşməsi texniki qüsurdur

Yenicag.az ölkə.az-ə istinadən xəbər verir ki, Azərbaycanda müştəri ölkəmizdə “BMW”nin rəsmi dileri sayılan “Improtex Motors” şirkəti tərəfindən aldadılıb.

Şikayətə görə, Bakı şəhəri, Xətai rayonu sakini Dadaşov Məmməd Rəşad oğlu 2014-cü ilin 14 fevral tarixində “Improtex Motors”dan “BMW” markalı, 2013-cü il tarixli istehsalı X5 nəqliyyat vasitəsini əldə edib. Satış həyata keçirilərkən isə 2 il müddətinə zəmanət verilib.

610x380xfefwefewfewff.jpg.pagespeed.ic.QAGAlHU_BeLakin az müddət keçməsinə baxmayaraq, müştəri yenicə aldığı avtomobildə böyük nasazlıqla üzləşib.

Həmin ilin 27 avqustunda nəqliyyat vasitəsinin mühərriki R. Behbudov küçəsində tamamilə yararsız hala düşərək idarəetməni bir an itirib və qəza şəraiti yaradaraq özünün və digər vətəndaşların həyatında təhlükənin yaranmasına səbəb olub. 40 gün sonra Dadaşovun şəxsi müdaxiləsi nəticəsində avtomobil yeni mühərriklə təchiz edilib və İmprotex şirkəti tərəfindən bir də belə halın baş verməməsi vədləri də verilib.

Ancaq problemlər bununla bitməyib. Belə ki, 2015-ci ilin 26 aprel tarixində yeni mühərrik də sıradan çıxıb. Bu dəfə də zəmanətli avtomobilin sahibi servisə müraciət etməli olub.

Yüksək məbləğə alınan dünya şöhrətli markalı avtomobilin bir ildə eyni problem üzündən nasaz vəziyyətə düşməsi qəribə görünür. İlkin araşdırmalarımıza görə bu yeni BMW X5 markalı avtomobilin Azərbaycanda mühərrikdə olan problemi ilə bağlı narazılıq ilk hal deyildir və bu barədə əlavə olaraq ictimaiyyətə xəbər verəcəyik.

“Improtex Motors”şirkəti 14.05.2015 tarixində müvəqqəti istifadə üçün aşağı klaslı avtomobil təqdim etsə də, şirkət rəsmisinin dediyinə görə, Avropa Oyunları ilə əlaqədar Azərbaycan Cüdo Federasiyasına avtomobili vermək məcburiyyətində qalıblar və əvəzedici avtomobili 25 iyunda geri alıblar.

Buna görə vətəndaş 74 gün ərzində lazımi yerlərə piyada, taksi, sonradan isə icarəyə götürdüyü avtomobillə getməyə məcbur olub.

fizuliBunu görən müştəri avtomobilini digəri ilə dəyişmək istəyini şirkətə bildirib. O, iki dəfə (12.06.2015 və 24.06.2015 tarixlərində) şirkətə yazılı formada müraciət etsə də, onlar cavabsız qalıb. Məsələ ilə bağlı vətəndaş məhkəməyə müraciət etsə də, məhkəmə təyin edilən vaxt “Improtex Motors”un nümayəndələri məsələyə hazır olmadığından məhkəmədən möhlət istəyiblər.

Rəsmi dilerin müştəriyə qarşı bu cür davranışları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 5-ci, 7.1-ci, 7.2-ci, 7,3-cü, 7,6-cı və 21-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 587.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin isə 149-150-ci maddələri kobud şəkildə pozub.

Zərərçəkmiş Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də rəsmi şəkildə müraciət edib.

Verilən məlumata görə, xidmətin apardığı araşdırma nəticəsində məlum olub ki, avtomobilin qısa müddətdə nasaz vəziyyətə düşməsi texniki qüsurdur və şikayətin aradan qaldırılması ilə əlaqədar danışıqlar aparır. Ancaq qaranlıq məqamlardan biri də odur ki, vətəndaş kiminlə və nə barədə danışıqların getdiyindən xəbərsizdir.

Şirkət müştərisinə qarşı hörmətsizlik edərək lazım olan avtomobilin məbləği və bu müddət ərzində dəymiş maddi-mənəvi təzminatı ödəməkdən boyun qaçırır.

Şifahi açıqlamalardan birində diler bildirib ki, “BMW” şirkətindən onlara verilən məlumata görə, avtomobilin mühərrikinin yararsız hala düşməsi texniki qüsurlara görə yox, məhz Azərbaycanda istehsal olunan keyfiyyətsiz yanacaqla əlaqədardır. Maraqlıdır ki, digər BMW avtomobilləri və başqa avtomobil nəhəngləri həmin ölkədə idarə edən avtomobillərdə də Azərbaycanda istehsal olunan yanacaqdan istifadə edirlər.

Bu fakt isə uzun illər Azərbaycanda fəaliyyətdə olan dünya avtomobil nəhənginin müştərilərinin timsalında ölkəmizə göstərdikləri laqeyd və ədalətsiz münasibətin təzahürüdür.

Keyfiyyətsiz məhsulun satışını həyata keçirməklə yanaşı, əsassız şəkildə “BMW” günahı yerli yanacaqda görür. Təbii ki, bu iddia ilə bağlı Dövlət Neft Şirkətinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin də mövqelərini öyrənmək maraqlı olardı.

Hələlik isə görünün odur ki, bəzi şirkətlər Azərbaycanda olan müştərilərə ikinci dərəcəli kimi yanaşır.

Bunu da sübut edən fakt var.

Belə ki, Azərbaycanda səfərdə olan BMW şirkətinin MDB dövlətləri üzrə nümayəndəsi Rixard Mund sözügedən problemdən xəbərdar edilib və məsələni müzakirə etmək üçün üçtərəfli (müştəri, diler və Mund) danışıqlara dəvət olunub. Ancaq problemi dərindən araşdırmaq, müştərisinin qayğısına qalmaq əvəzinə içkili vəziyyətdə görüşə gələrək, azərbaycanlıların öz hüquqların bilmədiyini və bir millət kimi ədalətdən məhrum olduqlarını bildirib. Bəli, sözün doğrusunu elə içkilidən eşitmək olar. Almaniyanın avtomobil nəhənginin rəsmi nümayəndəsinin dilindən bu cür kəlamların eşidilməsi böyük həyəcan siqnalı deməkdir.

P.S. Dünən Azərbaycanda internet istifadəçilərindən birinin sosial şəbəkə vasitəsilə “BMW” şirkətinə təzadlı mesajlar yazması barədə xəbər vermişdik. Şirkətin sosial media komandası təmkinlə bu gəncin mesajlarını cavablandırmışdı. Bu isə onların hər bir müştəriyə qayğı və diqqətindən xəbər verirdi. Ancaq haqqında bəhs etdiyimiz məsələ elə onların da təzadlarla dolu olduğunu nümayiş etdirdi.

Qeyd edək ki, adı çəkilən şirkətin sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova yaxın olduğu iddia edilir.

www.yenicag.az

1359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv