Dövlət Agentliyinin işçisi faciəvi şəkildə öldü

media-hightechnic-468x90

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəvi şəkildə ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.

Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.

Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa